top of page
SCAMORZA
Scamorza pasta filata ailəsinə məxsus inək südündən əldə olunan İtaliya pendiridir. Hazırlanma üsulu Mozzarella ilə eynidir. Bir neçə günə yaşlanandan sonra çeynənən, telli bir toxumaya malik olur və Mozzarelladan daha qurudur. Bu pendir yaxşı ərimə xüsusiyyətinə görə adətən pizza və ya lazanyanın üzərində bişirilmiş şəkildə istifadə olunur. Scamorzanın hisə verilmə prosesi tamamilə təbiidir və sertifikatlaşdırılmış ağac yonqarlarının tüstüsü ilə əldə edilir. Nəticədə toxuması sıx, buna baxmayaraq, yenə də incə, dadı ləzzətli, rəngi isə tünd olur.
bottom of page